Ölkə

Saleh Məmmədov Bakı-Quba yolundakı işlərə BAXIŞ KEÇİRDİ

Saleh Məmmədov Bakı-Quba yolundakı işlərə BAXIŞ KEÇİRDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 5-də keçirilən iclasında deputat Vahid Əhmədov Bakı-Quba yolunun bərbad vəziyyətdə olması ilə bağlı məsələ qaldırmışdı. Bundan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu yolun təmiri ilə bağlı işlərə başlayıb.
“Unikal”ın məlumatına görə, hazırda sözügedən yolda təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işlərinə baxış keçirib.  İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.