Sosial

Şəbəkə marketinqin qurbanına çevrilmək istəmirsinizsə izləyin! – VİDEO

Şəbəkə marketinqin qurbanına çevrilmək istəmirsinizsə izləyin! – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külli-miqdarda pul, bahalı ev, bahalı maşın bütün bunlar qulağa xoş gəlsə də, əslində real mənzərə tam başqadır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qısa zamanda çox çalışmadan varlanmağı vəd edən netvorq və ya şəbəkə marketinqində sistem çox sadədir: məhsul al, tanışını cəlb et və milyoner ol. Bu prinsiplə hərəkət edən işbazların ovu isə daha çox gənc və orta nəsli əhatə edən sadə insanlardır.Sonradan varlanmaq xəyalları reallıq əvəzinə utopiyaya çevrilən bu cür qurbanların sayı hər il daha da artır. Şəbəkə marketinqinin aldadıcı eyforiyasına aldananlardan biridə Elvin Fərəcovdur.

 

Belə rahat pul qazanmaq istəyənlərin indiki ünvanı isə polis, məhkəmə və hüquq müdafiəçiləridir. Onlardan biri -Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov bu tipli şikayətlərlə gələnlərin arasında nüfuzlu adamların da olduğunu bildirdi.

Bu  cəlb etmə prosesini, yəni şəbəkə marketinqini araşdıran mütəxəssis Firuz Məhərrəmov zərər çəkmişlərin computer biliklərinin az olmasını səbəblərdən biri kimi görür.

Biz də Bill Qeyts kimi milyarder olmaq xülyası ilə yaşayan insanlara məlumat verək ki, başgicəlləndirici vədlərə inanmaq əvəzinə, öncə bu şirkətləri yaxşıca araşdırsınlar.