Ölkə

Səfərbərlik xidmətinin hansı qrumu rüşvət almırki?

Səfərbərlik xidmətinin hansı qrumu rüşvət almırki?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Səfərbərlik Və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək həps edilib.Mən şəxsən bu xəbəri eşidən də Vüsal Babayevin yəqin hansısa “yolverilməz”bir səhv etdiyini düşündüm.Çünki bu qrumda rüşvətin olmadığı ay ,il günmü var?Rüşvət Səfərbərlik Və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin bütün rayon təşkilatlarında ən yüksək formada hökm sürür.Hərbi xidmətdən yayındırmaq ,hərbi xidmət yerlərinin seçilməsi və bilib bilmədiyiniz bütün təyinatlar və əməliyyatların həyata keçirilməsi bu qrumda rüşvətin diqdəsi ilə baş tutur.Mən bu müqəddəs dövlət xidmətini “can bazarı”adlandırardım.Burada can alıb can satırlar.Vətən müharibəsi zamanı isə vəziyyət daha acınacaqlı duruma çatmışdı.Hərbi qulluqçuların döyüşdən yayındırıması üçün əməlli “canfəşanlıq”edirdilər.Sadəcə qələbəmizə və ordumuzun nüfuzuna xələl gəlməməsi üçün burada baş verənləri yazmamaq qərarına gəlmişdik.Elə indidə tam çılpaqlığı ilə yazmağı düşünmürəm.Amma onu qeyd edimki Səfərbərlik Və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətini mütləq bu evtrof bataqlığından çıxartmaq lazımdı.