Aktual

Şəhid Anarla vida mərasimi – Ürəkdağlayan- VİDEO

Şəhid Anarla vida mərasimi – Ürəkdağlayan – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 3-ü Laçında şəhid olan əsgər Anar Kazımovla vida mərasimi keçirilir.

 

7Times.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, 18 yaşlı Anar Kazımovun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib. Şəhidimiz vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, A. Kazımov ötən gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində aldığı güllə yarasından şəhid olub. Anar Kazımov 2004-cü ilin fevralın 16-da Şəmkir rayonunun Qaracəmirli kəndində doğulub.
O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Şəhid A.Kazımovdan başqa ailənin iki övladı var.