Ölkə

Şəhid anası ilə görüşə bəzənib getməyin! – Flora Kərimova

Şəhid anası ilə görüşə bəzənib getməyin! – Flora Kərimovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənnilərdən bir xahişim var. Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşə bəzəkli-düzəkli getməyin.

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova deyib. O, sənət adamlarına səslənib:

“Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni… Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə… Qadının səliqə boynuna biçilib, amma…”