Redaksiyanın seçimi

Şəhid oğlu icra hakimiyyətinin qarşısında intihara cəhd etdi – VİDEO

Şəhid oğlu icra hakimiyyətinin qarşısında intihara cəhd etdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Siyəzən rayon sakini Qoçəliyev Taleh Orucəli oğlu Siyəzən rayon icra hakimiyyətinin qarşısına gedərək intihara cəhd edib.

7times.az xəbər verir ki, polisin və ətrafda olan insanların müdaxiləsi nəticəsində onun intihar cəhdinin qarşısı alınıb. Daha sonra icra başçısının göstərişi ilə qəbul edilən şəhid oğlu Taleh Qoçəliyevə yaxın günlərdə problemlərinin həll olunacağı barədə söz verilib.

Qeyd edək ki, Taleh Qoçəliyev birinci Qarabağ döyüşlərində şəhid olan Orucəli Qoçəliyevin oğludur.

7times.az