Aktual

Şəhid Səbuhi Əhmədovun qardaşının pulu kart hesabından oğurlanıb

Şəhid Səbuhi Əhmədovun qardaşının pulu kart hesabından oğurlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəhid Səbuhi Əhmədovu qardaşı Sənan Əhmədova qarşı fişinq halı olub, pulu kart hesabından oğurlanıb”.

“Report”un xəbərinə görə, bu barədə texnobloger Fərid Pərdəşünas sosial şəbəkədə məlumat yayıb.

O deyib ki, Sənan Əhmədova xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib: “Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ DİN tərəfindən nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcək”.