Ölkə

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

7times.az xəbər verir ki, gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.