Ölkə

Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfər oldu

Səhiyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfər OLDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.

7times.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib. Nazirliyin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.