Şəkidə 17 yaşlı gənc itkin düşüb.
7Times.az xəbər verir ki, Şəki şəhər sakini 2006-cı il təvəllüdlü Ramazan Hacıyev ötən gün təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Həmin şəxsin itkin düşməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də məlumat daxil olub. Polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir./Unikal