Ölkə

Şəmkir komissarlığında can bazarı.

Şəmkir komissarlığında can bazarı.backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Şəmkir rayon şöbəsində qanunsuz əməllər və özbaşnalıq hökm sürür.Bunu 7Times.az-a məlumat verən Şəmkir rayon sakini bildirib.O qeyd edibki Şəmkir komissarlığında hərbi xidmət yerlərinin öncədən təyin edilməsi,həmçinin hərbi qulluqçuların təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək, səfərbərliyə cəlb olunan çağırışçıları xidmətdən yayındırmaq və bu kimi digər qanuna ziddi əməllər mütamadi olaraq həyata keçirilir.Bu proseslər isə əlbətki qarşılıqsız və təmənnasız baş tutmur.

Mənbənin verdiyi məlumatda qeyd olunurki,əyər fiziki cəhətdən hərbi xidmətə yararsız hesab edilməsi səbəbindən hərbi xidmətdən yayındırılan gənclər araşdırılıb həqiqi müainə edilərsə o zaman bütün gizlinlər ortaya çıxar.

Həqiqi fiziki qüsurlu olan insanların tibbi müainəsi prorsesi isə 200-500 manat qarşılığında təşkil edilir.

Qeyd edəkki,ötən il Səfərbərlik Və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək həbs edildi.Ondan əvvəl isə qurumun Füzuli rayon Hərbi Komissarlığının 3-cü şöbəsinin rəisi eyni əmələ görə həps edilmişdi.

Daha sonra  prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanmışdı