Ölkə

Şəmkirdə ata-oğul küçədə döyülüblər

Şəmkirdə ata-oğul küçədə döyülüblərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə ata-oğul küçədə döyülüblər.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinləri – 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.