Ölkə

Şəmkirin keçmiş icra başçısının məhkəməsi təxirə salındı

Şəmkirin keçmiş icra başçısının məhkəməsi təxirə salındıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi təxirə düşüb.

“7Times.az” xəbər verir ki, buna səbəb hakim Nural Əliyevin Apellyasiya Məhkəməsinə hakim getməsi olub.

A.Məmmədovun vəkili Yolçu Abbasov bildirib ki, yeni hakimin adı yanvar ayının 5-i məlum olmalıdır.

Qeyd edək ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FUAD