Manşet

Şənbə günü HAVA necə olacaq? – PROQNOZ

Şənbə günü HAVA necə olacaq? – PROQNOZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən 7times.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.