Manşet

Səsvermədə Paşinyanın partiyası liderlik edir – Ermənistan MSK + Yenilənib

Səsvermədə Paşinyanın partiyası liderlik edir – Ermənistan MSK + Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə 7times.az TASS-a istinadən xəbər verir.

MSK-nın məlumatına görə, hazırda Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 58,04% səslə liderlik edir. İkinci yerdə 22,01% səslə Robert Koçaryanın “Ermənistan” bloku qərarlaşıb.

Üçüncü yerdə eks-prezident Serj Sarqsyanın “Şərəf duyuram” bloku (5,66%), dördüncü yerdə isə biznesmen Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasıdır.

***

Ermənistan MSK 360 seçki məntəqəsində səsvermənin nəticələrinə yekun vurub:

“Vətəndaş müqaviləsi” partiyası – 91431 (62.4%); “Şərəf duyuram” bloku – 6665 (4.5%); “Çiçəklənən Ermənistan” partiyası – 6531(4.5%); “Ermənistan” bloku – 25257 (17.2%). Qafqazinfo.az