Ölkə

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək – Hava xəbərdarlığı

Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək –  Hava xəbərdarlığıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən 7times.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında aprelin 27-si gün ərzində şimal-qərb küləyininn əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı,fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.