Ölkə

Siyavuş Novruzov DİN-i məhkəməyə verməyib – AÇIQLAMA

Siyavuş Novruzov DİN -i məhkəməyə verməyib- AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daxili İşlər Nazirliyini məhkəməyə verməmişəm”.

7times.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O, ölkə mətbuatında bu gün məsələ ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

Xatırladaq ki, bu gün ölkə mediasında Siyavuş Novruzovun Daxili İşlər Nazirliyini məhkəməyə verməsi ilə bağlı xəbər yayılmışdı.

Yada salaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi. Siyavuş Novruzov bu qərarı qanunsuz hesab edir.