Siyəzən

Siyəzəndə avtomobil oğrusu saxlanılıb 

Siyəzəndə avtomobil oğrusu saxlanılıb backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 7Times.az-a verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus “VAZ-21099” markalı avtomobilin oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Quliyev saxlanılıb.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.