Gündəm

Siyəzəndə yol polisləri yolların buz bağlamasına qarşı tədbirlər görüblər 

Siyəzəndə yol polisləri yolların buz bağlamasına qarşı tədbirlər görüblər backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə yol polisləri yolların buz bağlamasına qarşı tədbirlər görüblər 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 7Times.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstəriblər.

Gün ərzində hərəkət tənzimlənərək xüsusilə yolayrıcılarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Polis əməkdaşları yollara qum-çınqıl və duz səpilməsini təmin edərək sürücülərin təhlükəsiz hərəkəti üçün şərait yaradıblar.

Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.