Ölkə

“Sizə kim deyir ki, Ermənistan sülh danışıqlarına gedir?!“ – Deputatdan şok açıqlama

“Sizə kim deyir ki, Ermənistan sülh danışıqlarına gedir?!“ – Deputatdan şok açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sizə kim deyir ki, Ermənistan sülh danışıqlarına gedir?! Ermənistan sülh danışıqlarına getmir və getmək fikri də yoxdur. “Valday”da Vladimir Putinin çıxışı yadınızdadır da, yenidən status və başqa məsələləri ortaya atdılar. Paşinyan da qeyd etdi ki, rus sülhməramlıların Qarabağda qalmasının müddətini 15-20 ilə uzadaq. Yəni bu, oyundur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

O, Soçi görüşünün mümkün nəticələrini şərh edib:

“Ümumiyyətlə, İrəvanın sülh sazişi imzalamaq fikri yoxdur. Bu indiki həm Ermənistana, həm də Rusiyaya sərf edir. Rusiya ərazini öz ixtiyarında saxlayır, orada sülhməramlılar qalır, istədiyini edir, lazım gələndə də Ermənistan və Azərbaycana oradan təzyiq edir.

Ermənistanın daxilində də vəziyyət problemlidir və Qarabağın Azərbaycana tamamilə verilməsi, eləcə də sərhədlərin təyin edilməsi məsələsi onlar üçün böyük problem yaradır. Ona görə də məsələni belə uzadırlar”.

Deputat Soçi görüşü barəsində pessimist mövqedə olduğunu da gizlətməyib:

“Açığı, mən Soçi görüşündən də heç nə gözləmirəm. Çünki belə təşəbbüslər Moskva, Brüssel və Praqada olub. Lap desələr ki, müsbət addımlar atılır və s. inanmıram, çünki hamısı “vozdux”dur (rusca “hava” deməkdir – red.), buraxırlar, sonra da öz bildiklərini edirlər”.

“Mən Xankəndidə keçirilən mitinqin videosuna baxdım. Yəni o şəhərdə bu qədər adam var?! Hamısını sülhməramlılar oradan-buradan gətirib doldurdular ki, say çox görünsün. Bu, Azərbaycana təzyiq metodudur, amma xeyri yoxdur, məsələ  həllini tapacaq, geci-tezi var. Görünür ki, ermənilər ikinci “dəmir yumruğu” yenidən istəyirlər. Mən belə başa düşürəm”, – deyə V. Əhmədov fikirlərini yekunlaşdırıb.