Aktual

Son 7 ayda mina partlayışlarının hansı rayonlarda qeydə alındığı açıqlanıb

Son 7 ayda mina partlayışlarının hansı rayonlarda qeydə alındığı açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2022-ci ilin iyul ayında 3 mina partlaması hadisəsi nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb”.

Bunu “Report”a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, nəticədə ikisi mülki şəxs olmaqla üç nəfər mina partlamasından yaralanıb: “Hadisələrin ikisinə tank əleyhinə mina səbəb olub”.

O qeyd edib ki, 2022-ci ilin iyul ayında hadisələr Xocavənd, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazisində baş verib: “Ümumilikdə 2022-ci ilin ilk yeddi ayında 38 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 2 nəfəri kasetli silah partlamasından olmaqla 3 nəfəri həlak olub.

2020-ci il noyabrın 10-dan 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkib. Nəticədə 32 nəfər həlak olub, 70 nəfər yaralanıb”.

“Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətandaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar”, – o vurğulayıb.