Aktual

SON DƏQİQƏ! Azərbaycan əsgərləri Qarabağa icazəsiz silah daşıyan sülhməramlıların kolonunu SAXLADI

SON DƏQİQƏ! Azərbaycan əsgərləri Qarabağa icazəsiz silah daşıyan sülhməramlıların kolonunu SAXLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsgərləri Rusiya sülhməramlılarının kolonunu saxlayıblar.

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

7Times.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Minval” nəşri məlumat yayıb.

Məlumata görə, bu gün saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət etdiyi karvanı , yoxlama üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında ən azı 5 ədəd Kalaşnikov avtomatı (AKM) aşkar edilib.

Qaydaların kobud şəkildə pozulmasına – silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, kolon dayandırılaraq geri göndərilib.