Manşet

SON DƏQİQƏ: Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirən “Kudüs TV” CƏRİMƏLƏNDİ

SON DƏQİQƏ: Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirən “Kudüs TV” CƏRİMƏLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RTÜK Azərbaycan diaspor təşkilatının müraciəti əsasında “Kudüs TV”-ni cərimələyib

7times.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədri Ədalət Turanın “Kudüs TV” adlı Türkiyə telekanalında mütəmadi olaraq Azərbaycanla bağlı qaralama kampaniyasının aparıldığı barədə  bu ölkədə teleradio fəaliyyətini tənzimləyən Radio və Televiziya Üst Quruluna (RTÜK), eləcə də Rabitə naziri Fəxrəddin Altuna ünvanladığı müraciət müsbət nəticəsini verib.

Belə ki, Ədalət Turan müraciətində “Kudüs TV” adlı Türkiyə telekanalında mütəmadi olaraq xalqın iradəsi ilə ölkəsinin milli maraqları çərçivəsində fəaliyyət göstərən Azərbaycan hökumətinin siyasətinin qaralandığını, ölkəmizin xarici siyasətinin aşağılandığını bildirib. O, son dəfə 8 oktyabr 2021-ci ildə “Üçüncü Göz” proqramının aparıcısı Nurəddin Şirinin Azərbaycanla bağlı danışarkən iftira və həqarətə yol verdiyini, bunu isə həm Azərbaycan xalqının, həm Türkiyənin Azərbaycan əsilli vətəndaşlarının, həm də Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hiddətlə qarşıladığını bildirib, “Kudüs TV” barəsində tədbir görülməsini tələb edib. Müraciəti araşdıran RTÜK “Kudüs TV” barəsində pul cəzası qərarı çıxarıb.

Xatırladaq ki, bir müddət əvvəl politoloq Bəhruz Həsənov Türkiyə Cümhuriyyeti İletişim başkanlığına (Rabitə Nazirliyi) müraciət edərək, Türkiyədə yayımlanan “Kudüs TV” adlı İran kanalının Azərbaycan Prezidentinə və xalqına qarşı çoxsaylı iftiralar yağdırdığı haqda məlumat vermişdi. Politoloq bu kanalın İranın bəzi dairələrindən gələn tezisləri əsaslandırıb cəmiyyətə təqdim etməklə, yaymaqla məşğul olduğunu diqqətə çatdırmışdı. Eyni zamanda Kanalın rəhbərinin canlı yayımlarda həddini aşan ifadələr və cümlələr sərf etməkdən çəkinmədiyi, proqramlara qonaq kimi qatılan iranlı generalların və digər şəxslərin aşkar formada anti-Azərbaycan təbliğatı apardıqlarını dilə gətirmişdi.  Azərbaycan cəmiyyəti olaraq iftira və şər mənbəyi olan İranyönümlü telekanal haqqında tədbir görməyi Türkiyə Cümhuriyyeti İletişim başkanlığından xahiş etmişdi.

KONKRET.az