Manşet

SON DƏQİQƏ: Ermənilər İrəvanın “Respublika” meydanına AXIŞDI – “Türkləri istəmirik”

SON DƏQİQƏ: Ermənilər İrəvanın “Respublika” meydanına AXIŞDI – “Türkləri istəmirik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qarabağ bölgəsi erməni işğalında olan zaman Şuşa və Hadrut rayonlarında yaşayan ermənilər rəsmi İrəvandan onlara qaçqın statusunun verilməsini tələb edirlər. Onlar bunu gələcəkdə öz hüquqlarını qoruya bilmələri üçün tələb etdiklərini deyirlər.  

7times.az erməni mətbuatına istinadən xəbər verir ki, bu insanlar İrəvanın “Respublika” meydanından başlayan və Fransanın Ermənistandakı səfirliyi qarşısında davam edən aksiyada tələblərini səsləndiriblər.

“Doğma hökumətimiz bizi qaçqın kimi tanımırsa, o zaman bizim əvvəl yaşadığımız ərazilərə qayıdışımız necə baş verəcək?. Bizə heç bir status verilmir” – aksiya iştirakçılarından biri Aşot Arutyunyan bildirib.

“Biz artıq hökumətimizdən ümidimizi itirmişik, xarici dövlətlərin səfirliklərinə, beynəlxalq təşkilatlara müraciət edirik” – deyə etirazçılar qeyd ediblər. Aksiya iştirakçıları Azərbaycanla sülh şəraitində birgəyaşayış məsələsinə də toxunaraq, bunun mümkün olmadığını vurğulayıblar:

“Türklə dostluq mümkün deyil. Türklə barış olmaz. Siyasi mənada bir-birilərinə “biz dost olmalıyıq” deyirlər. Yəqin ki, bu bir oyundur. Əslində bunu iddia edənlər də bilirlər ki, bu mümkün deyil” – əvvəllər Hadrutda yaşamış İra Tamrazyan öz erməni xislətini nümayiş etdirib. / Konkret.az