Qubada bədbəxt hadisə baş verib.
“7Times.az” xəbər verir ki, ETSN-nin 5-saylı Quba RMTM-nin Qonaqkənt meşəbəyliyinin meşə gözətçisi olan Orucov Murad Nurbala oğlu meşədə ağac kəsən zaman kəsilən ağac onun üstünə düşüb.O,ağır vəziyyətdə Quba Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.
Quba Müalicə Diaqnostika mərkəzindən “7Times.az”-a verilən məlumata görə Orucov Murad Nurbala oğlu 19 avqust,saat 16:14 radələrində Diaqnostika mərkəzinin acil şöbəsinə daxil olub.Ona xəstəxanada qapalı kəllə beyin sirkələnməsi və sol alın nahiyyəsinin kəsilmiş açıq yarası diaqnozu qoyulub.İlkin tibbi yardımdan sonra Murad Orucov Quba Müalicə Diaqnostika mərkəzinin travmatologiya şöbəsinə yerləşdirilib.
“7Times.az”-ın əldə etdiyi məlumata görə hadisə,Murad Orucovun elə meşə gözətçisi olduğu Qonaqkənd meşəbəyliyində meşədə kəsintisi apardığı zaman baş verib.
Hüseyn
7Times.az
Follow @7timesaz