Manşet

SON DƏQİQƏ: “Yeni kütləvi yoluxma, xəstəxanalarda yer çatışmazlığı və qadağalarla üzləşə bilərik” – AÇIQLAMA

SON DƏQİQƏ: “Yeni kütləvi yoluxma, xəstəxanalarda yer çatışmazlığı və qadağalarla üzləşə bilərik” – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər qonşu Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib, Rusiyada vəziyyət oradan da bərbaddır. Hər iki ölkədə hind ştammı sürətlə yayılır. Nəzərə alsaq ki, hər iki ölkə ilə sərhədlərimizin açılması gözlənilir vəziyyətin bizdə də pisləşəcəyi qaçılmazdır. Bura iyulun 1-dən toylara və digər kütləvi tədbirlərə icazə verildiyini də hesablasaq, artıq hamı narahat olmalıdır.

7times.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov fikir bildirib. O daha sonra fikirlərini belə davam etdirib: “Əsla insanları qorxutmaq, panika yaymaq fikrim yoxdur. Ancaq hamı anlamalıdır ki, virus qısa zamanda bitən deyil və biz bununla hələ bir müddət yaşamağa öyrənməliyik. Bunun üçün isə dedi-qoduları yox, elmi əsaslanmaları, dünyada baş verənləri öyrənməli və maariflənməliyik. Əks halda yeni kütləvi yoluxma ilə qarşılaşa və bunun nəticəsində də. xəstəxanalarda yer çatışmazlığı, yeni karantin qadağaları ilə üzləşə bilərik. Bəziləri bilərəkdən, yaxud bilməyərəkdən peyvəndlənmənin lazım olmadığını tirajlayırlar və bu zaman elə dəlillər gətirirlər ki, insan təəccüb edir. Bu gün hər bir məlumatın qısa zamanda əldə edilməsinin mümkünlüyünə baxmayaraq, bəziləri hələ də, cahil, qaraguruh insanların fikirinə güvənir və peyvəndlənmənin “hanısısa qrupun oyunu” olduğuna inanır”.

Aslan İsmayılovun sözlərinə görə, bütün dünyanın varlı, tanınmış, vəzifəli şəxslərinin peyvəndləndiyi, Almaniyadan bəzilərinin ucuz başa gəldiyi üçün təyyarə ilə Rusiyaya gəlib peyvənd olunduğu bir zamanda, bizimkilərin bəziləri vaksinin insan həyatı üçün təhlükəliliyini, sonsuzluq yaratdığını bəhanə gətirərək bundan imtina edirlər: “Sanki milyarder Bill Qeytsin bizim Fatma xalanın, yaxud da Mamedin çiplənməsinə ehtiyacı var. Nəhayət, hamı anlamalı və ətrafına təbliğ etməlidir ki, bütün dünya bu bəladan qurtulmaq üçün peyvəndlənməkdən başqa yolun olmadığını qəbul edir. Artıq İsrail də, 16-yaşından yuxarı şəxslərin da peyvənd olunması təklif edilir”.