Aktual

SON DƏQİQƏ:Yunanıstan Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklər qazmağa başladı-FOTO

SON DƏQİQƏ:Yunanıstan Türkiyə ilə sərhəddə tank əleyhinə xəndəklər qazmağa başladı-FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Ankara-Afina arasında gərginlik heç vaxt olmadığı qədər artıb. Prezident Ərdoğan Yunanıstanın Egeydəki adaları silahlandırmaq cəhdinə “zarafat etmirəm, sonu fəlakətlə bitəcək” deyərək cavab versə də, Qərbi Trakyada diqqətçəkən inkişaflar yaşanıb. Yunanıstan Türkiyə ilə sərhədini təşkil edən Maritsa çayının sahillərində tank əleyhinə xəndəklər qazmağa başlayıb. Egeydəki adaların tərksilahını pozan Yunanıstan günlərdir ki, Türkiyəni təxribata çəkir. Bu təxribata qarşı Yunanıstana xəbərdarlıq edən prezident Rəcəb Tayyib Ərdoğan, “özünüzə gəlin” Türkiyə beynəlxalq müqavilələrin adaların silahlanması ilə bağlı özünə verdiyi hüquqlardan istifadə etməkdən çəkinməyəcək. Zarafat etmirəm, sonu fəlakətlə bitəcək”

UZUNU 135, ENI 32 METR Yunanıstan Silahlı Qüvvələri tərəfindən inşa edilən tank əleyhinə xəndəyin quru sərhədi boyunca 135 kilometr uzunluğunda, 32 metr enində və 7 metr dərinliyində olduğu bildirilir. Bundan əlavə, Yunanıstanın bu hərbi fəaliyyəti ilə Türkiyə tərəfindən ola biləcək qaynar qarşıdurmada Quru Qoşunlarının Yunanıstan tərəfinə keçməsinin qarşısı alındığı öyrənilib.