Kriminal

SON DƏQİQƏ: Zeynəb Xanlarovanın bacısı oğlu tutuldu

SON DƏQİQƏ: Zeynəb Xanlarovanın bacısı oğlu tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.

7times.az xəbər verir ki, D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

Bildirlib ki, D. Nəsirov ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.

Qeyd edək ki, Daşqın Nəsirov  Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.

O bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.

D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov,  əzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.