Aktual

“Son sutkada Donetsk və Luqanskda düşmənin 9 hücumu dəf edilib” – Ukrayna Baş Qərargahı

“Son sutkada Donetsk və Luqanskda düşmənin 9 hücumu dəf edilib” – Ukrayna Baş Qərargahıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Şərqi Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandırmayıb və Ukraynanın hərbi və mülki infrastrukturuna raket və hava zərbələri endirməkdə davam edir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

“Volın və Polissya ərazilərində vəziyyət ciddi dəyişməyib. Düşmən şimal istiqamətində aktiv hərəkətə keçməyib. Slobojanski istiqamətində döyüşlər davam edir. Xarkov istiqamətində Rusiya qoşunlarının əsas səyləri işğal olunmuş sərhədlərin saxlanılmasına yönəlib. Donetsk istiqamətində düşmən qoşunlarımızın mövqelərini atəşə tutur. Baxmut istiqamətində artilleriya dəstəyi ilə irəliləyən düşmən heç bir uğur qazana bilməyib və geri çəkilib. Donetsk istiqamətində qarşı tərəfin bölmələrinin irəliləmə sürəti aşağıdır. Buna səbəb şəxsi heyətin mənəvi-psixoloji durumunun aşağı olmasıdır. Cənub Buq istiqamətində düşmən mövqe müdafiəsi həyata keçirir və bölmələrimizə atəş zərbəsi endirməyə çalışır”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Xerson vilayətində yerli əhalinin artan müqavimətindən qorxur: “Yerli əhali tam müqavimət göstərməkdə davam edir. Son 24 saat ərzində Donetsk və Luqanskda düşmənin 9 hücumu dəf edilib. 1 tank, 1 artilleriya sistemi, 6 zirehli döyüş maşını, 2 xüsusi zirehli maşın və 3 nəqliyyat vasitəsi vurulub. Həmçinin Hava Hücumundan Müdafiə Qüvvələri 1 “Eleron” taktiki kəşfiyyat PUA-sını və 2 “Orlan-10” PUA-sını məhv edib”.