Kriminal

Sosial şəbəkədə “patı”nı təbliğ edən şəxs saxlanıldı – FOTO

Sosial şəbəkədə “patı”nı təbliğ edən şəxs saxlanıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə qanunsuz narkotik saxlamaqda və narkomaniyanı təbliğ etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan 7times.az-a verilən məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov saxlanılıb.

Onun üzərindən narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb. Digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq “metamfetamin” əldə edib saxlaması aşkar edilib.

Sosial şəbəkələrdə narkotik vasitələri (“patı”nı -red.) onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev də saxlanılıb.

Üzərindən külli miqdarda “heroin” aşkar edilən Ə. Hacıyev ifadəsində internet resurslarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.

Qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılovun üzərinə baxış keçirilən zaman “heroin” aşkar edilib.

Aşkar edilən faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.