Aktual

Şoyqu Ukraynada döyüşlərin səngiməsinin səbəbini açıqladı

Şoyqu Ukraynada döyüşlərin səngiməsinin səbəbini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü Özbəkistanda keçirilən ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxış edərək, Rusiya ordusunun Ukraynada keçirdiyi xüsusi əməliyyatın niyə səngidiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, “Ukraynada xüsusi hərbi əməliyyat zamanı hücumun sürətinin aşağı salınması mülki əhali arasında itkiləri minimuma endirmək istəyi ilə bağlı şüurlu qərardır” deyə Sergey Şoyqu bildirib.

Nazir əlavə edib ki, xüsusi əməliyyat plan üzrə gedir və onun bütün tapşırıqları yerinə yetiriləcək.

Şoyqu həmçinin bildirib ki, “azad edilmiş ərazilərdə” Rusiya hərbçiləri “dinc həyatın bərqərar olması üçün sistemli iş təşkil ediblər” – onlar humanitar yardım göstərir, infrastrukturu və həyatı təmin edən sistemləri bərpa edir.