Aktual

Şröder Putinlə dostluğuna görə cəzalandırılır

Şröder Putinlə dostluğuna görə cəzalandırılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Reyn-Vestfaliya federal əyalətinin baş naziri Hendrik Vüst Almaniyanın sabiq kansleri Herhard Şröderin Sosial Demokrat Partiyasından xaric edilməsi tələb edib. Buna səbəb Şröderin Rusiya ilə bağlı mövqeyindən peşman olmadığını deməsidir.

Axar.az xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.

“Herhard Şröder Almaniyadan çıxarılmalıdır. Eyni zamanda, keçmiş kanslerlərin və keçmiş federal prezidentlərin maliyyə dəstəyini məhdudlaşdıran yeni qaydalar hazırlanmalıdır”, – Vüst bildirib.

Qeyd edək ki, Herhard Şröder “Nyu York Tayms” qəzetinə müsahibəsində Rusiyaya dəstəyini ifadə edib.

Şröderin Rusiya lideri ilə şəxsi dostluq əlaqələri var.