Aktual

Sülhməramlılar Qazaxıstandan çıxmağı “rədd etdi” – Rusiyadan ŞOK AÇIQLAMA

Sülhməramlılar Qazaxıstandan çıxmağı “rədd etdi” – Rusiyadan ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülh qüvvələri sabitlik tamamilə bərpa olunana qədər Qazaxıstanda qalacaq”.

7Times.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıqlama verib. O həmçinin bildirib ki, sülhməramlıların nə vaxt Qazaxıstandan çıxacağına yerli hökumət özü qərar verəcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev iki gün əvvəl verdiyi açıqlamada sülhməramlıların 2 gün sonra ölkədən çıxmağa başlayacağına və çəkilmə prosesinin 10 gün ərzində yekunlaşacağını açıqlamışdı. Lakin, Sergey Şoyqunun “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülh qüvvələri sabitlik tamamilə bərpa olunana qədər Qazaxıstanda qalacaq fikirləri” müəyyən müzakirələrə yol açıb.