Ölkə

Sülhməramlıların qalma müddəti uzadılacaq – General Muradov

Sülhməramlıların qalma müddəti uzadılacaq – General Muradovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rus sülhməramlılarının bu bölgədəki işini müsbət qiymətləndirib.
7Times.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə o, Mahaçqalada “Vətən Qəhrəmanlarının saatı” ümumrusiya vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüş zamanı TASS-a bildirib.
“Mən Rusiya Federasiyası sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Qiymətləndirməni bizə mülki əhali verir – bu gün Qarabağda həyat tam sürətlə gedir. Əlbəttə, çox çətin məsələlər var, amma proses gedir – insanların geri qayıtması, bir sıra problemli məsələlərin həlli. Ona görə də hər şeyin yaxşı olacağını düşünürəm”, – Muradov deyib.
O əlavə edib ki, Rusiya sülhməramlıları baş vermiş münaqişədən sonrakı 5 il Qarabağ ərazisində qalacaqlar: “İlk beş il – üç dövlətin başçıları tərəfindən imzalanan müqaviləyə əsasən. Sonra Rusiya sülhməramlı kontingentinin qalma müddətinin daha da uzadılması ilə bağlı qərar qəbul olunacaq”, – deyə TASS-ın həmsöhbəti əlavə edib.
Qeyd edək ki, Rüstəm Muradov Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı komandanı vəzifəsində missiyasını sentyabrın 6-da başa vurub. General-mayor Mixail Kosobokov Rusiyanın bölgədəki sülhməramlı missiyasının komandanı təyin edilib.