“Azərbaycan hakimiyyətinin Şuşa ilə bağlı böyük geosiyasi planları var”.
7times.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Arutyunyanın müşaviri David Babayan bildirib.
“Şuşanın itirilməsi Ani şəhərinin itirilməsilə müqayisə edilə bilər. Amma problem ondadır ki, 92-ci ildən bu yana regionda sabitlik üçün əsas faktor olan Şuşa gələcəkdə ciddi geosiyasi mübarizənin katalizatoru rolunu oynaya bilər”, – deyə o əlavə edib.
David Babayan Azərbaycanın Şuşaya yol çəkməsinə toxunaraq bildirib: “Bu onu göstərir ki, Şuşa Bakı üçün yalnız mənəvi dəyər deyil, həm də iqtisadi və hərbi-siyasi mahiyyət daşıyır.
İstisna deyil ki, Şuşa yeni yaranacaq Qarabağ inzibati ərazi vahidinin mərkəzi, yaxud daha çox Azərbaycanın ikinci paytaxtı olacaq”.yenisabah.az
Follow @7timesaz