Ölkə

Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq

Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

7times.az-ın məlumatına görə, bu barədə məsələ “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Şuşa şəhəri Dövlət Qoruğu Şuşada Xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə ediləcək.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Quruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.