Sosial

Şuşada 20 raket, 7 mindən çox patron tapıldı

Şuşada 20 raket, 7 mindən çox patron tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən 7times.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə tədbir keçirilib.

Bu zamanı şəhər ərazisindən 13 müxtəlif növ qumbara, 1 avtomat, 1 qumbaraatan, 1 tank əleyhinə mina, 20 müxtəlif növ raket, 26 avtomat sandığı, 1 top mərmisi, 7124 müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.