Manşet

“Taliban” qadınların kişilər olmadan həkimə getməsini qadağan edib

“Taliban” qadınların kişilər olmadan həkimə getməsini qadağan edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.

7times xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti məlumat yayıb.

Müvafiq qərar Nanqarharın doqquz rayonunda qüvvəyə minib. Sənədi məscidlərin imamları da qəbul edib və onlar məlumatı sakinlərə yayacaqlar.

Bundan əvvəl noyabrın 10-da “Taliban” hökuməti qadınların Əfqanıstan paytaxtında ictimai parklara girişini qadağan edib.