Ölkə

TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olundu

TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.

7times.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.

Binəqədi İcra hakimiyyəti başçısının sabiq müavini Aygün Əliyeva isə TƏBİB-in Sənədlər və vətəndaş müraciətləri ilə iş departamentinin müdiri təyin olunub.