Gündəm

Təhsil Naziri rektorlarla görüş keçirdi

Təhsil Naziri rektorlarla görüş keçirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Təhsil Nazirliyindən 7Times.az-a verilən məlumata görə, görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı hazırlıq işlərinin görülməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.