Münaqişə

“Təxribat deyil, terrordur və Koçaryan törədir” – Yuri Mavaşev

“Təxribat deyil, terrordur və Koçaryan törədir” – Yuri Mavaşevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər şeydən əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin əsas səbəbi Ermənistandakı daxili proseslərdir.

7times.az xəbər verir ki, bu barədə axar.az-a rusiyalı ekspert, şərqşünas-türkoloq Yuri Mavaşev bildirib.

“Ermənistanda Koçaryan klanı ilə Paşinyan klanı arasında çox sərt siyasi mübarizə gedir. Paşinyan faktiki olaraq Qarabağ klanının nümayəndəsi deyil, bu da avtomatik olaraq onları qarşılaşdırır.

Fikrimcə, bu, Koçaryan adamlarının təxribatıdır, mənim üçün məsələ aydındır”, – o bildirib.

Mavaşevin sözlərinə görə, Azərbaycan gərginlikdə maraqlı deyil:

“Hazırda Azərbaycan üçün əsas prinsipial məsələlərindən biri Zəngəzur dəhlizidir ki, o da Rusiya tərəfi üçün də əhəmiyyətlidir. Rusiya ötən il üçtərəfli bəyanatı imzaladı. Orada aydın şəkildə qeyd olunub ki, Zəngəzur dəhlizini Rusiya qoruyacaq. Belə çıxır ki, ermənilər bu məqamı özü üçün sildirərək və bu məsələ ilə bağlı danışıqları ləngdərək faktiki olaraq Rusiyanın da səylərini yox edir”.

Ekspert əlavə edib ki, 7 Azərbaycan əsgərinin həlak olması ilə nəticələnən bu erməni təxribatı, şübhəsiz, Ermənistanın növbəti terror aktı hesab oluna bilər.