Sağlamlıq

Təzyiqi olanlar hansı çayı içsin?

Təzyiqi olanlar hansı çayı içsin?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Adətən mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə yaşıl çayı içməyi tövsiyə edirlər.

Lakin Serbiya mütəxəssislərinin son araşdırmaları göstərib ki, itburnu çayı bu mənada daha effektlidir.
Saglamolun.az xarici KİV-lərinə istinadla bildirir ki, alimlərin fikrinə görə, “itburnu çayının tərkibində olan flavonoidlər ürəkdə qan dövranını yaxşılaşdırır və bununla da yüksək təzyiqin riskini xeyli azaldır”.
Mütəxəssislər qeyd edirlər ki, C vitamini ürək xəstəliklərinin riskinin azalmaq xüsusiyyətinə malikdir. İtburnu isə C vitamini ilə xüsusilə zəngindir.
Bundan əlavə itburnu çayı immun sistemi üçün faydalıdır və həmçinin orqanizmə ümumi iltihabəleyhinə təsir edir.
İtburnu çayını hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır.
Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. İtburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra və hətta ciddi xəstəliklərin inkişafına səbəb ola bilər.
İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.
Çaya zövqə görə bal əlavə edə bilərsiniz. Bal çayın faydalı xüsusiyyətlərini daha da artıracaq. Lakin nəzərə almaq lazımdır ki, balı isti çaya əlavə etmək olmaz. Bu halda balın faydası kəskin azalır.
Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, bu çayı qəbul etdikdən əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Bəzi xəstəliklər zamanı itburnu çayının qəbulu ziyanlı ola bilər. /saglamolun.az/