Aktual

“Tramp haradansa peyda olub boşboğazlıq edir, avropalılarınsa zəif zingiltisi eşidilir…”

“Tramp haradansa peyda olub boşboğazlıq edir, avropalılarınsa zəif zingiltisi eşidilir…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Medvedev dünyanı tammiqyaslı nüvə müharibəsi ilə hədələyib
Rusiya ilə NATO- nun birbaşa toqquşması nüvə müharibəsinə çevrilə bilər, bu, hamı üçün dəhşətli ssenari olacaq.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev özünün “Telegram- kanal”ında bəyan edib.
Medvedev Qərb siyasətçilərini NATO- nun Rusiya ilə nüvə müharibəsi barədə arasıkəsilməyən söhbətlərdə qınayıb, Avropa liderləinə qarşı etinasız və istehza ilə danışıb.
“Qərbin “danışan başları”nın riyakarlığı get- gedə daha açıq xarakter alır. Onlar var güclərilə Rusiyanın dünyanı nüvə münaqişəsi ilə təhdid etdiyi fikrini yeritmək istəyirlər. Hətta Tramp da haradansa peyda olub və bu barədə boşboğazlıq edib. Aydındır ki, o, bunu Baydenin acığına edib. Və, əlbəttə ki, avropalıların da zəif zingiltisi eşidiir.
Medvedev hər şeyə birdəfəlik nöqtə qoyaraq, Qərb ölkələrini Ukraynaya yardım etməyə son verməsələr, onları nə gözlədiyi barədə anlatmaq istəyib.
1. NATO ölkələrinin Ukraynanı silahlarla təchiz etməsi, onun qoşunlarının Qərb texnikasından istifadəyə hazırlanması, muzdluların göndərilməsi və Alyans ölkələrinin bizim sərhədlərimiz yaxınlığında təlim keçməsi NATO ilə Rusiya arasında birbaşa və açıq münaqişə ehtimalını yüksəldir.
2. Belə münaqişənin həmişə tammiqyaslı nüvə müharibəsinə keçmək riski var.
3. Bu hamı üçün dəhşətli ssenari olacaq”, -Medvedev hədə- qorxu gələrək, Qərb siyasətçilərinə “rusofobiya paroksizmalarında ağızlarını köpükləməməyi və boğulmamağı” tövsiyə edib.
Bundan əvvəl Medvedev bəyan edib ki, Polşanın hakimiyyət dairələri Qərbi Ukraynanı “əbədi qardaşlıq” adı altında ələ keçirmək istəyir.