Qazaxıstanın cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.
7Times.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:02-də qeydə alınıb. Təbii fəlakətin episentri Alma-Atadan 628 kilometr qərbdə olub.