Aktual

Türkiyənin keçirəcəyi hərbi əməliyyatın təfərrüatları məlum olub  “Rusiyadan çox İran narahatdır”

Türkiyənin keçirəcəyi hərbi əməliyyatın təfərrüatları məlum olub – “Rusiyadan çox İran narahatdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün öncə açıqladığı Suriyanın Tel-Rifat və Menbic bölgələrində PKK/YPG terror təşkilatına qarşı keçiriləcək hərbi əməliyyatın təfərrüatları məlum olub.

«AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın “Middle East Eye” Agentliyinə adının açıqlanmasını istəməyən türk rəsmisi məlumat verib.

Türk rəsmisi bildirib ki, bu əməliyyatın Rusiyanın Ukrayna məsələsinə görə, qoşunlarını Suriyadan geri çəkməsi ilə heç bir əlaqəsi yoxdur: “Bu əməliyyatın keçirilməsinin əsas səbəbi, PKK-nın İraqdan Suriyaya yeni qüvvələr və silah-sursat göndərməsidir. Ankaranın PKK-nın Suriyadakı varlığı ilə bağlı ciddi narahatlığı və kəşfiyyat məlumatları var idi. İnidiyə qədər YPG terror qruplaşması Suriaydakı müxaliflərə və türk hərbi bazalarına qarşı 100-dən çox raket hücumu edib”.

Ukraynada başlatdığı müharibə ilə bağlı olaraq Rusiya qüvvələrinin Suriyanı tərk etdiyinə diqqət çəkən türk rəsmisi bildirib ki, bu amil Moskvanın Tel-Rifatdakı ordularına yeni silah və dəstək yardımı etməsini çətinləşdirəcək: “Suriya hökumətinin də Türkiyənin əməliyyatını dəf etməyə çalışacağı inandırıcı görünmür. Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu artıq hazırlıqlarını tamamlayıb və hər an əməliyyat başlaya bilər”.

Tel-Rifat bölgədəki təmiz suyun 60 faizini özündə ehtiva edir. Təkcə bu amil onu mühüm strateji hədəfə çevirir. Qaçqınların Tel-Rifata geri qayıtması və su ehtiyatlarının idarə olunması üçün bu bölgənin terrorçulardan təmizlənməsi olduqca vacibdir” – deyə, türk rəsmisi bildirib.

“Middle East Eye”-a danışan başqa bir türk rəsmisi isə bildirib ki, Türkiyənin bu əməliyyatı Rusiyadan çox İranı narahat edir: “İran İnqilab Keşikçiləri Suriya hökumətinə kömək edir. İran Hələb yaxınlığında Suriya müxalif qüvvələrinin olmasını istəmir. Türkiyə ordusu Tel-Rifat və Menbicdə bütün hazırlıqların tamamlayıb. Artıq əməliyyatın başlaması an məsləsidir”.