Gündəm

Türkiyəyə getmək istəyən azərbaycanlıların – Diqqətinə!

Türkiyəyə getmək istəyən azərbaycanlıların – Diqqətinə!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, cari ilin 13 avqust tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib.

Bu barədə 7times.az-a Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır.

“Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə üzərindən getməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər”.axar.az