Aktual

“Ukrayna ilə müharibə Qərbin cəhdlərinə rəğmən Polşa sərhəddində bitəcək…”

“Ukrayna ilə müharibə Qərbin cəhdlərinə rəğmən Polşa sərhəddində bitəcək…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qərbin cəhdlərinə rəğmən, Ukraynadakı nasist rejim daha heç vaxt mövcud olmayacaq”
Rusiyalıları “Voltsvagen”dən düşürüb “Buratino”ya əyləşdirmək təklif edilib…
Rusiya Dövlət Dumasının vitse- spikeri Pyotr Tolstoy Ukrayna ilə müharibədə Rusiya ordusunun harada dayanacağı barədə açıqlama verib.
Moderator.az xəbər verir ki, bu barədə o, İtaliyanın “Repubblika” (“La Repubblica”) qəzetinə verdiyi müsahibəsində danışıb.
“Ukraynada xüsusi hərbi əməliyyat lazım bildiyimiz vaxt sona yetəcək. Düşünürəm ki, biz Polşa ilə sərhəddə dayanacağıq”, – Tolstoy deyib.
O, qeyd edib ki, Rusiya qonşu dövlətin ərazisi ilə yavaş- yavaş hərəkət edir, çünki Rusiya Federasiyası ümumi səfərbərlik elan etməyib, yalnız “dinc dövrünün ordusunu” yeridib.
Nəşr qeyd edib ki, deputat Ukraynanın süqutu barədə baş vermiş fakt kimi danışıb.
“Biz hamımız ümid edirik ki, döyüş əməliyyatları dayanacaq, lakin bu, Ukraynada yaradılan rejimin demilitarizasiya və denasifikasiyasını ləğv etmir. O rejimin ki, Qərbin cəhdlərinə rəğmən, daha heç vaxt mövcud olmayacaq”, – Tolstoy bəyan edib.
Müharinə əleyhinə etiraz edən rusiyalılar barədə suala cavabında vitse- spiker məlumat verib ki, “rusiyalılar küçələrə çıxmır, çünki Rusiyanın NATO ilə mübarizə apardığını bilir” və özlərini qurban verməyə hazırdır.
Qərbin sanksiyalarından danışarkən, o, qeyd edib ki, “istehlak rus insanının başlıca xüsusiyyəti deyil” və “qiymətlərin bir neçə rubl artması” rusiyalılar üçün “faciə deyil”.
Bundan əvvəl deputat Rusiyadan gedən xarici şirkətlərin əmlakının milliləşdirilməsi ideyasını dəstəkləyib və məlumat verib ki, rusiyalı sahibkarlar eyni məhsulu başqa adla buraxa bilər. O cümlədən, o, rusiyalıları “Foltsvagen”lərdən düşürüb “Buratino” avtomobillərinə əyləşməyi təklif edib.