Aktual

“Ukrayna ordusu 5 min rus texnikasını metal qırıntısına çevirdi”

“Ukrayna ordusu 5 min rus texnikasını metal qırıntısına çevirdi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin yeddi həftəsi ərzində Ukrayna ordusu 5 min rus texnikasını məhv edərək, onu ölkənin infrastrukturunu bərpa etmək üçün istifadə edilə bilən metal yığınına çevirib. 

“Unikal” xəbər verir ki, bu  barədə  məlumatı “Forbes” jurnalı yayıb.

“85 min tondan təxminən 75 min tonu karbon və paslanmayan poladdır; 2,5 min ton – alüminium; 1 min ton – mis; 360 tondan çox titan və maqnezium, o cümlədən 10 kq platin, 18 kq qızıl və 1,2 ton gümüş”, – jurnalda qeyd olunub.

Bildirilir ki, 2021-ci ildə Ukraynada metal qırıntılarının ümumi tədarükü 4,1 milyon ton təşkil edir.Ukrayna metallurgiya zavodları bu metal qırıntılarının 80%-ni polad istehsalı üçün istifadə edib.

Qeyd edək ki,  fevralın 24-dən aprelin 12-dək Rusiya qoşunları 19,6 min insan , 157 təyyarə, 732 tank, 1946 zirehli döyüş maşını və digər hərbi texnikanı itirib.