Aktual

Ukrayna ordusu Rusiya qoşunlarını Xersonda müdafiə mövqeləri tutmağa vadar etdi…-“ISW”

Ukrayna ordusu Rusiya qoşunlarını Xersonda müdafiə mövqeləri tutmağa vadar etdi…-“ISW”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 14-də Ukrayna ordusunun əks-hücumları cənub istiqamətində Rusiya qoşunlarını müdafiə mövqeləri tutmağa məcbur edib. Ukrayna Silahlı Qüvvələri irəliləyərək işğal olunmuş Xersona 18 km yaxın məsafədə dayanıb. Eyni zamanda, Ukrayna hərbçilərinin dəqiq mövqeləri hələlik təsdiqlənməyib.

 

Moderator.az  Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (“ISW”) məlumat yayıb.
Hərbi analitiklərin fikrincə, Ukrayna Silahlı Qüvvələri cənubda müdafiə xəttini gücləndirmək üçün Rusiya qüvvələrinə ciddi təzyiq göstərir. İşğalçılar, ehtimal ki, Ukraynanın Xersonun şimal-qərbindəki Davidov Brod bölgəsində və Xersonda işğal olunmuş sərhədlərdən Nikolayev və Krivoy Roq istiqamətindəki əks-hücumlarına cavab olaraq İnqulets çayının sahillərini minalayırlar.
Rusiya qoşunları Xerson və Nikolayev vilayətlərinin inzibati sərhədi yaxınlığında yerləşən ərazilərə top artilleriyasının bir batareyası və reaktiv raket artilleriyasının iki batareyasını yerləşdirib. Bundan əlavə, rus qoşunları Xerson, Dnepropetrovsk və Zaporojye vilayətlərini atəşə tutmaqda davam ediblər.
Xatırladaq ki, iyunun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xersona yaxınlaşdığı məlum olub.  Bəzi məlumatlara görə, onlar artıq şəhərdən  cəmi 10 kilometr məsafədədirlər.