Aktual

“Ukrayna Polşanın yalançı qardaşlığından dövlətçiliyini itirməyi əldə edəcək” – Medvedyev

“Ukrayna Polşanın yalançı qardaşlığından dövlətçiliyini itirməyi əldə edəcək” – Medvedyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Polşa ilə yalançı qardaşlığından dövlətçiliyinin tamamilə itirilməsinindən savayı heç nə əldə etməyəcək.

Bu barədə mayın 6-da Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bəyan edib.

Özünün Teleqram-kanalında o, Polşa Prezidenti Anjey Dudanın bu barədə sözlərinə diqqət yetirib ki, Polşa və Ukrayna arasında onilliklər, hətta yüzilliklər boyunca daha sərhəd olmayacaq.

«O, sancta simplicitas! (O, müqəddəs sadəlik!)» – Medvedyev yazıb.

«Aydındır ki, ukraynalıların özləri üçün bu yalançı qardaşlıq dövlətçiliyin tamamilə itirilməsindən savayı heç nə verməyəcək. Bəlkə də onlar bunu istəyirlər?» – Medvedyev qeyd edib.

O, əmindir ki, Polşa Qərbi Ukrayna ərazisinin faktiki anneksiyası üçün zəmini yoxlayır.